Operativ Məlumat Mərkəzi

ABŞ 6 xarici vətəndaşın vizasını ləğv etdi

2 dəq
Paylaş:
ABŞ 6 xarici vətəndaşın vizasını ləğv etdi
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Departament tərəfindən verilən açıqlamada Argentina, Cənubi Afrika, Meksika, Braziliya, Almaniya...

ABŞ Dövlət Departamenti 10 sentyabrda silahlı hücum nəticəsində həyatını itirən Respublikaçı fəal Charlie Kirk ilə bağlı paylaşımlarına görə 6 xarici vətəndaşın vizasının ləğv edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Departament tərəfindən verilən açıqlamada Argentina, Cənubi Afrika, Meksika, Braziliya, Almaniya və Paraqvay vətəndaşı olan 6 nəfərlə bağlı məlumat verilib.

ABŞ-nin Kirkə edilən sui-qəsdi təqdir edən viza sahiblərinin kimliklərini müəyyən etməyə davam ediləcəyi qeyd olunub.

Qeyd edək ki, "The Washington Post"un işçisi Karen Attiah Kirkin öldürülməsindən sonra etdiyi paylaşımlar səbəbilə qəzetdən qovulduğunu açıqlayıb.

Komediya ustası Jimmy Kimmelın ABC kanalında yayımlanan televiziya proqramı isə Kirk’ün öldürülməsi ilə bağlı etdiyi paylaşımlar üzündən 18 sentyabr tarixində müddətsiz olaraq dayandırılıb. Bir müddət sonra isə proqramın yayıma davam edəcəyi elan edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər