Əsas məzmuna keç

Abbas Əraqçi: ABŞ qoşunları bölgədən dərhal çıxarılmalıdır

Abbas Əraqçi: ABŞ qoşunları bölgədən dərhal çıxarılmalıdır

İran XİN rəhbəri Abbas Əraqçi Səudiyyə Ərəbistanına səslənib: ABŞ ordusu regionu dərhal tərk etməlidir. Bəs nazir rəsmi mesajında hansı təhlükədən danışıb?

en ru

İranın qonşuları ABŞ-nin onların təhlükəsizliyini təmin etməkdə uğursuzluğunu etiraf etməli və Tehranın Amerika qoşunlarının bölgədən dərhal çıxarılması ilə bağlı israrını dəstəkləməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu İranın naziri Əraqçi bunu Səudiyyə Ərəbistanına göndərdiyi mesajda bildirib.

O, X-də yazıb: "İran Səudiyyə Ərəbistanına hörmət edir və onu qardaş ölkə hesab edir. Bizim hərəkətlərimiz nə ərəblərə, nə də iranlılara hörmət etməyən və heç bir təhlükəsizlik təmin edə bilməyən təcavüzkar düşmənlərə qarşı yönəlib".

Əraqçi əlavə edib ki, "Amerika qoşunlarını bölgədən çıxarmağın vaxtı gəlib çatıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…