8 gün erməni əsiri olan Dürdanə Ağayeva

8 gün erməni əsiri olan Dürdanə Ağayeva
26.02.2023 15:56
Aa
dəq

"1992-ci il Xocalılar üçün çox çətin il oldu".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Xocalı soyqırımı zamanı əsir düşən Dürdanə Ağayeva bildirib.

O qeyd edib ki, hələ 1992-ci ilin əvvəllərinə qədər Xocalılar blokadada, çətinliklər içərisində, gülləbaran altında yaşayırdılar. Fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalıya hücum oldu. 4 tərəfdən mühasirəyə alınmış Xocalı bir gecədə yandı. Xocalılar Qarqar çayını keçərək meşəliklə Ağdama getməyə məcbur oldular.

"Sıx ağaclıq, qarlı meşə, uca dağlar, nəhayət, mən orada yaralandım və ermənilərə əsir düşdüm. Bir gənc üçün ermənilərə əsir düşmək çox böyük bir işgəncədir, ölümdür, qorxudur. Bu əsirlikdə hər şey var- əsirlik elə bir yerdir ki, həm insan qorxur, həm də iyrənir. Vondi Mentonyan, Vladi Balasanyan, Karo- bunlar hələ xatırladıqlarımdır. Bu ermənilərin nifrət dolu baxışlarına, təcavüzünə yəni, şiddətinə, işgəncəsinə məruz qalırdım. 8 gün işgəncə gördüm. Bu 8 günlük işgəncədən sonra Allahverdi Bağırov əsirləri dəyişdi. Artıq həyat davam edir.

Mən ailə həyatı qurdum, bir qız övladım dünyaya gəldi. Daha sonra “Zindanda 8 gün” kitabını yazdım və mən bu kitabımla dünyaya səs saldım. “Zindanda 8 gün” kitabı ingiliscə tərcümə olunaraq Türkiyədə dərc olundu. Leyla xanımın təşəbbüsü ilə 2017-ci ildə kitabım rus dilinə tərcümə olundu. Leyla xanımla Moskvada görüşdük, orada gözəl bir təqdimatımız oldu.

Mən bu gün yaşlansam da, xəstə olsam da, Xocalı faciəsini dayanmadan durmadan bütün dünyaya yayacam, bunun üçün əlimdən gələni əsirgəməyəcəm. 17 yaşımda necə Xocalıda rabitədə olduğum kimi əsgərlərlə çalışırdım, torpağıma, millətimə dəstək olurdumsa, bu gün də rabitə yolu ilə gedirəm".

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu