Fransanın Rhone bölgəsində xristianlıqda İsa Məsihin dirilməsini qeyd edən Pasxa bayramı münasibətilə kilsə mərasimi zamanı xaçla başına yıxılan 6 yaşlı qız ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən açıqlamaya görə, Anse şəhərindəki xristian icması Pasxa bayramı üçün kilsəyə toplaşıb.
Budur, pəncərə önündə ziyarətçilər üçün ayrılmış ərazidəoyunOynayan və adı açıqlanmayan kiçik qızın başına yuxarıdan 2 metr uzunluğunda taxta xaç düşüb.
Başından ağır xəsarət alan 6 yaşlı qız aparıldığı xəstəxanada dünyasını dəyişib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.