Bosniya və Herseqovina millisinin hücumçusu Edin Djekoya yığmanın heyətində keçirdiyi son oyundan sonra fəxri dəhliz təşkil olunub.
40 yaşlı futbolçu Millətlər Liqasının İsveçə qarşı keçirilən görüşündə əvəzlənərkən komanda yoldaşları onun üçün fəxri dəhliz yaradıblar. Matç 1:1 hesabı ilə başa çatıb.