Operativ Məlumat Mərkəzi

3 ölkənin prezidentləri Xirosimada görüşməyi planlaşdırırlar

1 dəq
Paylaş:
3 ölkənin  prezidentləri Xirosimada görüşməyi planlaşdırırlar

“Böyük Yeddilik” (G7) ölkələrinin mayın ikinci yarısında Xirosimada keçiriləcək sammiti zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Seok Yeol arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramının və Tayvan ətrafında vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər