Əsas məzmuna keç

3 dövlət qurumuna elektron siqaretlərlə bağlı səlahiyyət verildi

3 dövlət qurumuna elektron siqaretlərlə bağlı səlahiyyət verildi

İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi və AQTA-ya yeni səlahiyyətlər verilib. Vep və tütün məmulatlarının satışına nəzarət necə həyata keçiriləcək?

en ru

İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişikliklər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda 3 dövlət qurumuna siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib.

Belə ki, elektron siqaretlərin və yaxud onların komponentlərinin idxal-ixracına münasibətdə Dövlət Gömrük Komitəsi, elektron siqaretlərin və yaxud onların komponentlərinin istehsalına, topdan və yaxud pərakəndə satışına, eləcə də satış məqsədilə saxlanılmasına münasibətdə Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Agentliyi, bu cür hallar vergi nəzarəti zamanı aşkar edildiyi hallarda isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti protokol tərtib etmək səlahiyyəti əldə ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…