Əsas məzmuna keç

23 milyonluq narkotik müsadirə edildi

23 milyonluq narkotik müsadirə edildi

Dövlət Komissiyası yanvarın hesabatını yaydı: 893 kq marixuana, heroin və tiryək dövriyyədən çıxarıldı. 22.7 milyonluq qanunsuz maddələrin siyahısı və şok detallar!

en ru

Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456,646 qr narkotik vasitələrin və maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd olunub.

Məlumata görə, aşkarlanmış faktlar üzrə müsadirə olunmuş maddələrin böyük hissəsini, yəni 765 kq 086,6 qramını marixuana təşkil edib.

Statistikaya əsasən, dövriyyədən həmçinin 76 kq 396,846 , 23 kq 339 qram və 20 kq 032,8 qram həşiş çıxarılıb.

Siyahıda digər narkotik vasitələr 6 kq 043,5 qram, psixotrop maddələr isə 2 kq 557,9 qram həcmində qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…