Əsas məzmuna keç

Sifarişli daşımalar üçün buraxılış vəsiqəsi qaydaları dəyişdi

Sifarişli daşımalar üçün buraxılış vəsiqəsi qaydaları dəyişdi

İlham Əliyev qanun dəyişikliyini təsdiqlədi: Artıq sürücülərdən narkotik testi, tibbi müayinə və icbari sığorta sənədləri tələb olunacaq. Əsas yeniliklər nələrdir?

en ru

İlham Əliyev " nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

- vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…