“20 Yanvar”ın keçidindəki mağazalar niyə bağlandı? - FOTO

“20 Yanvar”ın keçidindəki mağazalar niyə bağlandı? - FOTO
30.08.2024 11:52
Aa
dəq

Ötən gün memar Elçin Əliyev Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərinin kiçik mağazalar tərəfindən zəbt olunmasından şikayətlənib. O bu barədə feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, yanğın və ya fəlakət olarsa, çoxsaylı quraşdırılmış pavilyonlar insanların hərəkətinə imkan verməyəcək, dəhşətli bir əzilmə olacaq, insanlar həlak olacaq – yeraltı qəzadan yox, vaxtında stansiyanı tərk edə bilməməkdən.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından isə “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Sözügedən ərazinin əvvəl və sonrakı görüntülərini təqdim edirik: 

457509464_8488503011169306_8576628403697219177_n.jpg

457332467_8488503004502640_3904981444945723216_n.jpg

457480485_8488503007835973_5379914929115261720_n.jpg

 

Həftənin ən çox oxunanları

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək
DAVAMIN OXU davamın oxu

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu