Əsas məzmuna keç

19 ton "Şedroe Leto" yağı satışdan çıxarılır

19 ton "Şedroe Leto" yağı satışdan çıxarılır

AQTA "Oba Market"in Rusiyadan gətirdiyi 19 ton "Şedroe Leto" yağında zərərli maddələr tapdı. Standartlara cavab verməyən bu qidaların məhv edilməsi qərara alınıb.

en ru

Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred məhsulunda uyğunsuzluq aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi () məlumat yayıb.

Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba Market" MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroe Leto" əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan 1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.

Faktla bağlı AQTA qanunauyğun tədbir görərək sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…