Əsas məzmuna keç

184 min manatlıq şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

184 min manatlıq şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Külli miqdarda şokolad və peçenyeni oğurlayaraq satan şəxs tutulub. 37 yaşlı Ayxan Vəliyev (ad və soyad şərtidir - red.) Gürcüstandan Özbəkistana...

en ru

Külli miqdarda şokolad və peçenyeni oğurlayaraq satan şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" lent.az-a istinadla xəbər verir ki, 37 yaşlı Ayxan (ad və soyad şərtidir - red.) Gürcüstandan Özbəkistana aparılmalı olan 15 tondan çox şokoladı və 4 tondan artıq peçenyeni ələ keçirərək şirkətə 184 min 843 manat zərər vurub.

Faktla bağlı başlanıb və Ayxan Vəliyev saxlanılıb.

Məhkəmədə müəyyən olunub ki, yük əvvəlcə Azərbaycana gətirilib. Lakin Ayxan yük maşınının marşrutunu dəyişdirərək məhsulları Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenye Dağıstanın Mahaçqala şəhərində satılıb.

Ayxanın sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara alıcı tapıb. Əldə olunan pulun bir hissəsi yük maşınlarının alınmasına xərclənib.

Zərərçəkmiş şirkətin nümayəndəsi Məmməd İsrafilov (ad və soyad şərtidir - red.) isə məhkəmədə bildirib ki, şirkətə dəyən ziyan ödənilməyib.

Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən saxta sənədin də təqdim edildiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…