“Barselona” Çempionlar Liqasının ümumi mərhələsində PSJ ilə keçirəcəyi oyunun iştirak ərizəsini açıqlayıb. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik müdafiədəki kadr problemlərinə görə Parisə 18 yaşlı mərkəz müdafiəçisi Aleks Kamposu da aparacaq.
“Barselona” zədələr səbəbindən Jül Kunde, Erik Qarsiya və Andreas Kristensenin xidmətindən yararlana bilməyəcək.
PSJ – “Barselona” matçı oktyabrın 20-də “Park de Prens” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.