Əsas məzmuna keç

“108” Çağrı Mərkəzi bəzi dövlət qurumlarını əhatə edəcək

“108” Çağrı Mərkəzi bəzi dövlət qurumlarını əhatə edəcək

Nazirlər Kabinetinin yeni qərarı ilə icra hakimiyyəti orqanları və dövlət qurumları ASAN-ın vahid şəbəkəsinə qoşulur. Müəyyən edilən 3 və 5 aylıq müddətlər nələri dəyişəcək?

en ru

Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Respublikasının Prezidenti yanında Vətəndaşlara və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər tədbirlər görməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə qərar verib.

Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratsınlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

- Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməli;

-“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…