Əsas məzmuna keç

Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək

Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək

bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra "Telegram" kanalında yazıb: "Bazar ertəsi Vaşinqtonda Prezident Trampla...

Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra "" kanalında yazıb: "Bazar ertəsi Vaşinqtonda Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".

Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.

"Biz Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır", - Zelenski qeyd edib.

O, həmçinin ABŞ-la birlikdə etibarlı naminə Avropanın danışıqların bütün mərhələlərdə iştirakının vacibliyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…