Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Piters deyib.
"Baş nazir Kristofer Lyuksonun kabineti sentyabrda rəsmi qərar qəbul edəcək və BMT Liderlər Həftəsində hökumətin mövqeyini təqdim edəcək" - o bildirib.
Piters qeyd edib ki, ölkənin bəzi yaxın tərəfdaşları Fələstin dövlətini tanımaq qərarına gəlsələr də, Vellinqton müstəqil xarici siyasət həyata keçirir.
"Biz bu məsələni diqqətlə ölçüb-biçdikdən sonra Yeni Zelandiyanın prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - nazir vurğulayıb.
Son həftələrdə bir sıra ölkələr, o cümlədən Avstraliya, Böyük Britaniya və Kanada BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək iclasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edib.