Əsas məzmuna keç

Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatı açıqlanıb

Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatını açıqlayıb.  Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Minatəmizləmə Agentliyi rayonunda baş verən sursat partlayışın təfərrüatını açıqlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ANAMA Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA vətəndaşları qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…