Əsas məzmuna keç

XİN Türkiyəyə başsağlığı verdi - 21.01.2025

XİN Türkiyəyə başsağlığı verdi - 21.01.2025

bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların...

Xarici İşlər Nazirliyi Boluda “Kartalkaya” kurortunda hoteldə yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 32 nəfər isə yaralanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…