Əsas məzmuna keç

XİN rəhbəri: Bu il Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub

XİN rəhbəri: Bu il Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub

bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Ceyhun Bayramov bildirib ki, Azərbaycan...

2025-ci ildə də İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimiz milli maraqlarımızın reallaşdırılmasına yönəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri ilin yekunlarına dair mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, diplomatik təmsilçilik səviyyəsini yüksəldib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan etibarlı tərəfdaşdır.

O vurğulayıb ki, qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet olub: “Son bir il ərzində Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında münasibətlər davam edib. Düşənbədə keçirilən görüş münasibətlərin normallaşması baxımından effektiv olub”.

Nazir əlavə edib ki, 2025-ci ildə yeni geosiyasi reallıqlara uyğun olaraq, Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub və bu istiqamətdə mühüm addımlar atılıb: "Beynəlxalq sülhün təşviqi, beynəlxalq yardım fəaliyyətləri, vasitəçilik səyləri, beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…