Operativ Məlumat Mərkəzi

Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir

1 dəq
Paylaş:
Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir

"Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adı verilsin".

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Deputat bildirib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunmasında əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhrəmanlarının monumenti yerləşdirilsin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər