Əsas məzmuna keç

“Azərbaycan bunu təkbaşına bacardı”

“Azərbaycan bunu təkbaşına bacardı”

“İndiyə qədər Qarabağa 17 milyard manat xərclənib, il sonuna bu 20 milyarda çatacaq. Bu, illik büdcənin yarısı qədərdir. bunları öz daxili resursları ilə edib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

O xatırladıb ki, Zəfərdən sonra bəzi xarici dairələr Azərbaycanın bu yükün öhdəsindən gələ bilməyəcəyini düşünürdü, lakin:

“Azərbaycan hər gün yeni yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı ilə sübut edir ki, qarşıya qoyduğu vəzifələri uğurla icra edir”.

Mirzəzadə qeyd edib ki, Ermənistanın ara-sıra etiraflarına baxmayaraq, regionda hələ də təhlükələr qalır:

“Azərbaycan daim özünü müdafiəyə hazır olmalıdır. Yeni silahların alınması və ordunun peşəkarlığının artırılması üçün ayrılan vəsait həyati vacibdir”.

O həmçinin kiber təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini vurğulayıb:

“Dövlət informasiya resurslarına hücumlarla bağlı xəbərlər göstərir ki, bu sahə böyük diqqət və resurs tələb edir”.

Afət Ziyadqızı

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…