Operativ Məlumat Mərkəzi

“Azərbaycan-Moldova məxfi məlumatların mübadiləsi üzrə Saziş təhlükəsizlik əməkdaşlığını möhkəmləndirir”

2 dəq
Paylaş:
“Azərbaycan-Moldova məxfi məlumatların mübadiləsi üzrə Saziş təhlükəsizlik əməkdaşlığını möhkəmləndirir”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arzu Nağıyev Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Sazişdən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu sənəd ölkəmizin təhlükəsizlik arxitekturasını gücləndirən mühüm addımlardan biridir.

Nağıyev qeyd edib ki, 16 maddədən ibarət Saziş 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanıb. Azərbaycan tərəfdən Dövlət Təhlükəsizliyi Xidməti, Moldova tərəfindən isə Təhlükəsizlik və Kəşfiyyat Xidməti səlahiyyətli orqan kimi müəyyən edilib. Həmin qurumlar məxfi məlumatların qorunması, təhlükəsizliyə buraxılışların verilməsi və qarşılıqlı nəzarət mexanizmlərinin tətbiqinə cavabdehdir.

Deputat Sazişin əsas mahiyyətini izah edərək bildirib ki, iki dövlət yalnız səlahiyyətli qurumlar vasitəsilə və təhlükəsizlik tələblərinə uyğun olaraq məlumatları mübadilə edəcək, üçüncü tərəfə məlumatların verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkündür. Bu, etimad mühitini gücləndirir və ikitərəfli əməkdaşlığın davamlılığını təmin edir.

Arzu Nağıyev əlavə edib ki, sənədin qəbul edilməsi Azərbaycan-Moldova əməkdaşlığını, cinayətkarlıqla mübarizə, kəşfiyyat və kiber təhlükəsizlik sahəsində koordinasiyanı daha effektiv edir, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsini gücləndirir və regional sabitliyə töhfə verir.

Deputat vurğulayıb ki, Saziş qeyri-müəyyən müddətə bağlanıb, Azərbaycan, rumın və ingilis dillərində imzalanıb və hər üç mətn eyni dərəcədə autentik sayılır; fikir ayrılığı yarandıqda isə ingilis dilindəki mətn üstün tutulur. Saziş komitədə müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər