Əsas məzmuna keç

Ukraynanın müdafiə naziri Türkiyədən üzr istəyib

Ukraynanın müdafiə naziri Türkiyədən üzr istəyib

Ukraynanın ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir hesabında " türk xalqına rəğbət bəsləyirlər"-deyə qeyd edib.

“Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük”.

O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

“Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, - nazir vurğulayıb.

Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…