"Ukrayna Qərb ölkələrinin hərbi dəstəyi olmadan Rusiyanın hücumunu təkbaşına saxlaya bilməyəcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
"Ukraynanı dəstəkləməyə davam etsək, o, daha çox ərazini azad edə və Rusiyanı daha da geri çəkə bilər. Amma təbii ki, o, bunu təkbaşına edə bilməz", - o deyib.
Kallas onu da qeyd edib ki, Rusiya ilə münaqişədə Ukraynanın qələbəsi bütün ərazilərin qaytarılması və təzminatların alınması olacaq: “Ukraynalılar və ruslar danışıqlar masası arxasına oturub razılığa gəlməli olacaqlar".