Əsas məzmuna keç

Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb. Nazirin...

Türkiyədə pilotsuz uçuş aparatları (PUA) və üçün xüsusi hava dəhlizləri yaradılır.

"Operativ Məlumat Mərkəzi-OMM" Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb.

Nazirin sözlərin görə, lisenziyalı 521 min 625 İHA pilotu və 65 min 859 PUA üçün əsas prioritetlərdən biri nəqliyyatın təhlükəsizliyidir: “Quruda maşınlar, havada təyyarələr, dənizdə gəmilər necə bir trayektoriya üzrə hərəkət edirsə, PUA və İHA-lar da onlar üçün müəyyənləşdirilmiş ayrıca yollarla hərəkət edəcəklər. Beləliklə, PUA-lar üçün təhlükəsiz hava sahəsini formalaşdıracağıq”.

A.Uraloğlu qeyd edib ki, Avasiya Baş İdarəsi yeni mülki aviasiya modelləri üzərində işləyir: “Yeni sistemlər PUA-ların mövcud hava məkanına inteqrasiyasına imkan verəcək”.

O, həmçinin bildirib ki, müəyyən edilmiş marşrutlarda təmir məntəqələrinin qurulması da planlaşdırılır.c

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…