Türkiyə Qara dəniz regionunda fasiləsiz enerji təchizatının qorunmasını vacib hesab edir və Ukraynadakı münaqişə tərəflərini enerji infrastrukturunu hədəfə almamaq barədə xəbərdar edir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşündə deyib.
Nazir bildirib ki, Rusiya və Ukrayna arasında müharibə insanların gündəlik həyatı ilə birbaşa əlaqəli enerji şəbəkələrinə toxunmamalıdır:
"Qara dənizdə, boğazlarda və XBKK kimi boru kəmərlərində enerji axınının dayanması böyük risklər yaradır".
Bayraktar Türkiyə sahillərində tankerlərə son hücumların da narahatlıq yaratdığını vurğulayıb və regionda sabit enerji axınının qorunmasının prioritet olduğunu qeyd edib.