Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiyadan qaz almağı planlaşdırır

1 dəq
Paylaş:
Türkiyə Rusiyadan qaz almağı planlaşdırır

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkəsinin Rusiyadan qaz idxalından imtina etməyi planlaşdırmadığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN Türk-ə müsahibəsində nazir bildirib ki, qaz təchizatının təhlükəsizliyi üçün müxtəlif mənbələrdən alınan qazın davamlılığı vacibdir.

“Vətəndaşlara qazın qurtardığını deyə bilmərik. Qaz təchizatının təhlükəsizliyi bu mənbələrin ayrı-seçkilik olmadan istifadəsi ilə təmin olunur. Qış yaxınlaşır və bizim Rusiya, Azərbaycan, İran, Türkmənistanla mövcud müqavilələrimiz var. Bu müqavilələr çərçivəsində qaz tədarükü davam edəcək”, - deyə Bayraktar vurğulayıb.

Qeyd edək ki, Rusiya son dövrlərdə Türkiyəyə qaz ixracını 26 faiz artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər