Operativ Məlumat Mərkəzi

Trampın çıxışından narazılıq etdilər

1 dəq
Paylaş:
Trampın çıxışından narazılıq etdilər

Bir sıra avropalı rəsmilər ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından narazı olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən xəbər verir .

“O, həqiqəti demir. Tramp Avropanın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə, Rusiya enerjisindən asılılığını azaltmasına və Ukraynanı dəstəkləmək üçün milyardlar xərcləməsinə baxmayaraq, heç nə etməmiş kimi danışdı ”, - adının açıqlanmasını istəməyən avropalı məmur şikayət edib.

Qeyd olunur ki, bir neçə xarici rəsmi Amerika liderinin çıxışını “ən yaxşı halda məlumatsız, ən pis halda isə əks-məhsuldar” kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər