Əsas məzmuna keç

Tramp və Qətərin baş naziri Qəzzada atəşkəsi müzakirə edəcəklər

Tramp və Qətərin baş naziri Qəzzada atəşkəsi müzakirə edəcəklər

ABŞ prezidenti Donald Tramp Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. "Operativ Məlumat...

ABŞ prezidenti Qətərin baş naziri və naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Axios"a istinadən verdiyi məlumata görə, danışıqlarda mümkün atəşkəs və HƏMAS hərəkatının əlində olan israilli girovların azad edilməsi müzakirə olunacaq.

Bazar ertəsi Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə də aparıb. Mənbənin məlumatına görə, Amerika lideri və Qətərin baş naziri Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın əldə edilməsi üçün ABŞ və İran arasında birbaşa danışıqların bərpası perspektivini də müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, Qətər İsrail və HƏMAS arasında dialoqun əsas vasitəçilərindən biri olaraq qalır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…