ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsində Rusiya ilə razılaşmanın mümkün olduğuna inandığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə prezident təyyarəsində jurnalistlərlə söhbətində bildirib.
“Biz Rusiya ilə çox yaxşı işləyirik. Milyonlarla insanın potensial öldürülməsini dayandırmaq üçün Rusiya ilə razılaşa bilərik", - deyə Tramp bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Mayamidə investisiya konfransında çıxış edən Tramp Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların uğurlu keçdiyini və irəliyə doğru böyük addım olduğunu bildirmişdi.