Əsas məzmuna keç

Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

bu barədə “Naewna” qəzeti məlumat yayıb. Hadisə krallığın cənubunda yerləşən Phanqnqa əyalətində baş verib. Gəmidə açıq dənizə dalğıclıq üçün yola çıxan...

Tailandda sahildən 25 km məsafədə dənizdə olan yanan gəmisindən 26 nəfər xilas edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Naewna” məlumat yayıb.

Hadisə krallığın cənubunda Phanqnqa əyalətində baş verib. Gəmidə açıq dənizə üçün yola çıxan 10 heyət üzvü və 16 turist olub. Alt və orta göyərtələri əhatə edən yanğın baş verdikdən sonra onlar xilasetmə qayığına minib və yaxınlıqdan keçən gəmi tərəfindən xilas ediliblər. Gəmidə olan insanlardan heç biri xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Phanqnqa əyalətində dalğıclıq həvəskarlarını 1984-cü ildə batmış və 20 metr dərinlikdə dənizin dibində olan 60 metrlik “Boon Sung” texniki gəmisi cəlb edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…