Almaniyanın federal kansleri Olaf Şolts İkinci Dünya Müharibəsi zamanı əziyyət çəkən respublika vətəndaşlarına kompensasiya ödənilməsi təklifi ilə Polşaya gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” yazırb.
“Aİ məsələləri, ikitərəfli əməkdaşlıq və Veymar üçbucağı çərçivəsində əməkdaşlıq, habelə təzminatlar – bu məsələlər Polşa-Almaniya hökumətlərarası məsləhətləşmələrin iştirakçıları tərəfindən həll olunacaq”, - deyə məlumatda bildirilir.
Qəzetin yazdığına görə, Şolts Varşavada İkinci Dünya Müharibəsi zamanı polyaklara dəymiş zərərin ödənilməsi və respublikanın müdafiəsini gücləndirmək təşəbbüslərindən ibarət təkliflər paketini təqdim edəcək.
Almaniya təzminat ödəmək üçün bir neçə yüz milyon avro ayırmağa hazırdır. Materialda deyildiyi kimi, maliyyə ödənişləri təxminən 50 min polyaklara təsir göstərə bilər.