Almaniya Federal Kansleri Olaf Şolts Fransada parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra rahatlaşdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirib.
"Əgər Fransa prezidenti sağçı populist partiya ilə koalisiyaya girərsə, bu, ciddi problem yaradacaq", - Şolts deyib.
O, Emmanuel Makron və seçilmiş nümayəndələrin “konstruktiv hökumətin formalaşdırılmasında uğurlu olacağına” ümid etdiyini bildirib.
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunda solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib.