Əsas məzmuna keç

“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyan əleyhinə səfərbər edilməsi planlaşdırılır

“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyan əleyhinə səfərbər edilməsi planlaşdırılır

Kremlin Rusiyada məskunlaşan 100 min ermənini Ermənistandakı parlament seçkilərində Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün ölkəyə göndərməyi nəzərdə tutduğu bildirilir.

en ru

“Operativ Məlumat Mərkəzi-OMM”-in “Reuters” agentliyinə istinadən yaydığı məlumata görə, rəsmiləri son aylarda Rusiyada yaşayan vətəndaşlarının seçkilərində Nikol Paşinyanın rəqiblərinə səs vermələri məqsədilə vətənlərinə göndərilməsi planını müzakirə ediblər.

Agentliyin mənbələri qeyd edir ki, Rusiya hakimiyyəti 100 min seçicinin daşınması üçün təxminən 50 milyon dollar vəsaitin tələb olunacağını hesablayıb. May ayının ortalarına qədər tərəfindən Rusiya regionları arasında kvotalar müəyyən edilib və yerli hakimiyyət orqanlarına hazırlıq işləri ilə bağlı hesabat vermələri tapşırılıb.

Bununla belə, “Reuters” jurnalistləri sözügedən planın praktiki icrasının başlanıb-başlanmadığını və bu sayda seçicinin seçki nəticələrinə təsir edib-etməyəcəyini dəqiqləşdirə bilməyiblər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…