Əsas məzmuna keç

Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi dəqiqləşib

Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi dəqiqləşib

ölkə parlamentində təmsil olunan bütün siyasi partiyalarının liderləri arasında keçirilən görüşdə növbəti seçkilərin tarixləri razılaşdırılıb. Belə ki,...

Şimali Makedoniyada gələn il aprelin sonu və mayın əvvəlində seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə parlamentində olunan bütün siyasi partiyalarının liderləri arasında keçirilən görüşdə növbəti seçkilərin tarixləri razılaşdırılıb. Belə ki, prezident seçkilərinin birinci turu aprelin 24-də, iki həftə sonra - mayın 8-də isə prezident seçkilərinin ikinci turu ilə olaraq parlament seçkiləri keçiriləcək.

“On yeddi il sonra ölkədə parlament seçkiləri ilk dəfə olaraq adi müddətdə keçiriləcək. Bu, hazırkı hökumətin sabitlik, proqnozlaşdırılabilənlik və müəyyənlik yaratdığını göstərir”, - deyə Dimitar Kovacevski deyib.

Qeyd edək ki, 2006-cı ildən bu vaxtadək Şimali Makedoniyada növbədənkənar ümumi seçkilər keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…