Əsas məzmuna keç

Şərurda avtomobillər toqquşub, xəsarət alanlar var

Şərurda avtomobillər toqquşub, xəsarət alanlar var

Şərurda toqquşub, xəsarət alanlar var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürənlər tərəfindən vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…