Əsas məzmuna keç

Nardaranda qarajda yanğın olub

Nardaranda qarajda yanğın olub

Sabunçuda FHN qüvvələri alovun yayılmasını önləyib. Yardımçı tikilidəki hadisədə "Lİ" markalı maşın zərər görüb. Xəsarət alanlar barədə rəsmi məlumat xəbərimizdə.

en ru

Fövqəladə Hallar Nazirliyinin () “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145 olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyənləşib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115 kvadratmetr sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3 kvadratmetr sahədə deformasiya edib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#kvadratmetr
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…