Əsas məzmuna keç

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…