Əsas məzmuna keç

Cəlilabadda 11 kq narkotik ələ keçdi

Cəlilabadda 11 kq narkotik ələ keçdi

DİN əməkdaşları Röyal Gülağazadə və Simran Mürsəlovu 11 kq marixuana və metamfetaminlə yaxaladı. İran vətəndaşının kuryerləri barədə şok detallar xəbərimizdə.

en ru

Cəlilabaddan Bakıya külli miqdarda və psixotrop maddə gətirmək istəyən şəxslər əməkdaşları tərəfindən xüsusi əməliyyatla saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib. Nəticədə 27 yaşlı Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov tutulublar.

Saxlanılan şəxslərə baxış zamanı onlardan ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.Gülağazadə və S.Mürsəlov şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunublar. Onlar maddi qazanc qarşılığında narkotik vasitələri şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşıblar.

Faktla bağlı Cəlilabad RPŞ-də başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, hazırda araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…