Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran sərhədində silahlı atışma: 34 kq narkotik ələ keçirildi

2 dəq
Paylaş:
İran sərhədində silahlı atışma: 34 kq narkotik ələ keçirildi

Dövlət Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin ərazisində silahlı insident qeydə alınıb. İrandan istiqamətinə keçməyə cəhd edən 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”DSX-dən məlumat verilib.

Məlumata görə, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb və ərazidə zəruri qabaqlayıcı tədbirlər görülüb.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Onlar havanın qaranlıq və ərazinin meşəlik olmasından istifadə edərək, üzərilərindəki bağlamaları atıb geriyə qaçıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə müqabil tərəf məlumatlandırılıb və fakt üzrə -istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax