Əsas məzmuna keç

Bakı-Tiflis reysində sərnişində kokain aşkar edildi

Bakı-Tiflis reysində sərnişində kokain aşkar edildi

Gürcüstan paytaxtına getmək istəyən şəxsin üzərində qadağan olunmuş maddə tapılıb. Heydər Əliyev adına Hava Limanında keçirilən əməliyyatın təfərrüatı.

en ru

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Komitədən məlumat verilib.

Bildirilib ki, Bakı-Tiflis aviareysi ilə gedən vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram - aşkar olunub.

Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…