Operativ Məlumat Mərkəzi

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

İran vətəndaşı tərəfindən narkokuryerliyə edilən Yevlax rayonu sakini saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax