Əsas məzmuna keç

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - əvvəllər məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…