Əsas məzmuna keç

DİN Bakıda 51 kq narkotiklə İran kuryerini tutdu

DİN Bakıda 51 kq narkotiklə İran kuryerini tutdu

Daxili İşlər Nazirliyi Bakıda Fuad Həsənovu külli miqdarda marixuana və metadonla yaxalayıb. İran vətəndaşının kuryerinin həbsi və əməliyyatın gizli detalları:

en ru

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində, əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Həsənov saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən rəsmi məlumat verilib.

Əməliyyat tədbirləri zamanı onun idarə etdiyi və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

İlkin sorğu zamanı müəyyən edilib ki, həmin şəxs narkotik vasitələri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırıb.

Faktla bağlı başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…