Ukraynaya aparan Deblin-Varşava dəmir yolu xəttində baş verən partlayış əslində Avropa cəmiyyətinin Kiyevi dəstəkləməkdən yorulduğunu göstərir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Politoloq Sergey Markelov gazeta.ru -ya açıqlamasında deyib.
"Polşada dəmiryol relslərində baş verən partlayışlar Avropada anti-Ukrayna əhval-ruhiyyəsinin artmasından xəbər verir. Avropa siyasətçiləri hər kəsi Kiyevi sarsılmaz dəstəkləyəcəklərinə inandırmağa nə qədər çalışsalar da, siyasi reallıq beləcə üzə çıxır", - politoloq bildirib.
Onun fikrincə, Avropa ölkələrinin adi sakinləri Kiyevi dəstəkləmək üçün ciblərindən yoxa çıxan pullardan və Rusiyadan gələn hansısa mifik təhlükədən sadəcə beziblər.
"Aydındır ki, daha çox siyasi sürrealizmə oxşayan rəsmi səviyyədə onlar Rusiyanın baş verənlərdə mümkün iştirakı barədə danışacaqlar. Avropa liderləri çoxdan öz daxili problemlərini xarici düşmən vasitəsilə həll etməyə öyrəşiblər və ona görə də onlar üçün Rusiyanı təxribatda ittiham etmək reallığı qəbul etməkdən daha asandır", - Markelov yekunlaşdırıb.