Əsas məzmuna keç

Rusiya keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

Rusiya keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib. Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir....

12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq Roman Qoldmanı "qırmızı xətt"lə axtarışa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 48 yaşlı Roman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.

Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin "Goldman Group"un rəhbəridir.

Rusiya mediasındakı xəbərlərə əsasən Rusiya məhkəmələri tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın məxsus da daxil olmaqla, 828 milyon rubldan çox məbləğdə müsadirə edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…