Əsas məzmuna keç

Rumıniya prezidenti ölkədə həyat səviyyəsinin aşağı düşdüyünü etiraf etdi

Rumıniya prezidenti ölkədə həyat səviyyəsinin aşağı düşdüyünü etiraf etdi

bu barədə prezident "Romania TV"yə müsahibəsində bildirib. “Bunu açıq deməliyik: rumınlar hazırda altı ay əvvəlkindən daha pis yaşayırlar. 10 faizlik...

Rumıniya Prezidenti Nikusor Dan edib ki, ölkə vətəndaşlarının həyat səviyyəsi son altı ayda pisləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Romania TV"yə müsahibəsində bildirib.

“Bunu açıq deməliyik: rumınlar hazırda altı ay əvvəlkindən daha pis yaşayırlar. 10 faizlik inflyasiya o deməkdir ki, hər bir vətəndaş əvvəlki qədər deyil, 10 faiz az alış-veriş edə bilir”, - deyə o qeyd edib.

O əlavə edib ki, hökumətin tədbirləri zəruridir. bu addımlar atılmasaydı, inflyasiya 20-30 faizə qədər yüksələ bilərdi.

Bununla belə, bəzi iqtisadi qərarların “daha fərqli şəkildə həyata keçirilə biləcəyini” də qeyd edib.

Qeyd edək ki, Rumıniya hökuməti büdcə kəsirini azaltmaq üçün üç mərhələli qənaət proqramı hazırlayıb. İyulun 7-də parlamentin təsdiqlədiyi ilk paket ƏDV və aksizlərin artırılmasını, subsidiyaların və müavinətlərin ləğvini, maaş və pensiyaların dondurulmasını nəzərdə tutur. Sentyabrın 1-də qəbul edilən ikinci paket yerli idarəetmə, səhiyyə, dövlət şirkətləri və xüsusi pensiya sistemində islahatları əhatə edir. Üçüncü paket isə mərkəzi administrasiyanın yenidən qurulmasına yönələcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…