Əsas məzmuna keç

Qarabağın tibbi ehtiyacları olan erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçiblər

Qarabağın tibbi ehtiyacları olan erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçiblər

Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra...

Qarabağın erməni əhalisinin Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib.

Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…