Əsas məzmuna keç

Prezident: "Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq üzərində qurulub"

Prezident: "Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq üzərində qurulub"

bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının milli bayramı münasibətilə serbiyalı həmkarı Aleksandar Vuçiçə...

ilə Serbiya arasında münasibətlər möhkəm , qarşılıqlı etimad və anlaşma üzərində qurulub. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən böyük məmnunluq doğurur.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının milli bayramı münasibətilə serbiyalı həmkarı Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb.

Təbrikdə deyilir: “Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz təşkilatlar çərçivəsində də uğurla edirlər”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…