Prezident: "Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq üzərində qurulub"

Prezident: "Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq üzərində qurulub"
15.02.2023 11:12
Aa
dəq

Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının milli bayramı münasibətilə serbiyalı həmkarı Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb.

Təbrikdə deyilir: “Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu